Evlərdən oğurluq edən qardaşlar tutulub


16:29     02 Oktyabr 2017 cinayet%20tutul%20azadliq%20ogur4.jpg

Bakıda evlərdən oğurluq edən qardaşlar tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından sentyabr ayınadək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Ayxan tutulublar.

Femida.az

Açar sözlər:

Oxunub: 890