Həmsədrlərin regiona səfəri başlayır


19:22     02 Oktyabr 2017 hemsed.jpg

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək.


Bu barədə Femida.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, o, yerdə vəziyyətlə tanışdıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.

Məlumatda o bildirilir ki, bölgədə olduğu zaman A.Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

“Dağlıq Qarabağ münaqişəsini danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflər ilə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk Qrupundakı həmsədri Cənab Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güc təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır”,- deyə səfirliyin məlumatında deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 663