Polislər üçün yeni medal təsis edilib


20:27     02 Oktyabr 2017 1356524159_polis1_922155415.jpg

"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunub.


Femida.az -ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Bu yubley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 731