Prezidentin etiraz etdiyi dəyişiklik ləğv edildi
20:54 02 Oktyabr 2017
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna ötən sessiyada edilən dəyişikliklərlə bağlı ölkə prezidentinin etirazı haqqında qərar layihəsi müzakirə olunub.
Femida.az xəbər verir ki, MM-in Hüquq komitəsi və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, prezident öz hüququndan istifadə edərək layihəyə yenidən düzəlişlə bağlı etirazını bildirib.
Layihədə etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunda əsas səlahiyyətləri Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, habelə dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxil olan siyahıya Məhkəmə Hüquq Şurası Aparatının da salınması olub.
Yeni düzəlişə əsasən, Məhkəmə Hüquq Şurası Aparatına dövlət orqanı statusu verilib və yuxarıda qeyd olunan dövlət qurumlarından sonrakı kateqoriyaya aid olunub.
Layihə səsə qoyularaq qəbul edilib.
Femida.az
Oxunub: 2559
Oxşar xəbərlər
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentin Türkiyəyə səfəri başa çatdı
- Prezidentin Brüsselə səfəri başa çatdı
- Prezidentin köməkçisinə daha bir vəzifə verildi
- Prezidentin köməkçisi `Euronews`u tənqid etdi
- Prezidentin köməkçisi: Sarkisyan sözünün üstündə durmadı
- Prezidentin sərəncamı Nazirlər Kabinetində müzakirə edilib
- Prezidentin korteji qəzaya düşüb
- Prezidentin Neftçala və Salyan səfərləri başa çatıb
- Prezidentin Qazaxıstana işgüzar səfəri başa çatıb