Həmsədrlər Bakıya oktyabrın 7-də gələcəklər


17:47     03 Oktyabr 2017 elmar%20m.jpg

ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər.


Femida.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.

"Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər. Vasitəçilər Nyu-Yorkda təklif etdikər ki, substsntiv, məntiqli danışıqlar olsun. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danıqlar keçirək və məsələni yerindən tərpədək", - deyə E. Məmmədyarov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 870