Avropa Voleybol Konfederasiyası Azərbaycanı seçdi - Bu yarış Bakıda olacaq


19:20     03 Oktyabr 2017 cimerlik98.jpg

Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib.


Femida.az xəbər verir ki, ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatının ardından çimərlik voleyolu üzrə beynəlxalq turnirə (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku) ev sahibliyi edəcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 11-14-də baş tutacaq yarış “Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva – İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.

Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq.

Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.

Yarışın ilk günü, 11 oktyabrda təsnifat mərhələsi (1 dəfə məğlub olan komanda mübarizəni dayandırır). 12-13 okyabr tarixində isə (2 dəfə məğlub olan komanda mübarizəni dayandırır). 14 oktyabrda isə yarım final və final oyunları keçiriləcəkdir.

Qeyd edək ki, oyunlar 3 meydançada keçiriləcək. I yer (880 avro), II yer (640 avro), III yer (520 avro) məbləğlərlə mükafatlandırılacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1019