Azərbaycanın axtarışa verdiyi biznesmen həbs edildi
03:11 01 Sentyabr 2015
Rusiyalı biznesmen German Sterliqov həbs edilib.
Femida.az xəbər verir ki, bu barədə iş adamının vəkili Artur Ayrapetov məlumat verib. Sterliqov Domodedovo hava limanında saxlanılıb.
“Hər halda həbsin səbəbi beynəlxalq, dövlətlərarası axtarışın nəticəsidir. Bu, Müstəqil Dövlətlər Birliyinin xətti ilə həyata keçirilib”-deyə vəkil açıqlama verib.
Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Qerman Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdi.
Avqustun 23-ü isə Rusiya mətbuatı İnterpolun German Sterliqovun axtarışını dayandırdığı haqda xəbərlər yaymağa başlamışdı.
Oxunub: 733
Oxşar xəbərlər
- Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəyişdi
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutulub
- Azərbaycanın sülhməramlılarla bağlı məhdudiyyəti götürülür
- Azərbaycanın tanınmış alimi vəfat edib
- Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər
- Azərbaycanın qaz ixracından gəliri 35% artıb
- Azərbaycanın axtardığı qadın Rusiyada tutuldu
- Azərbaycanın Minsk Qrupundan əsas gözləntiləri
- Azərbaycanın şahmat millisi Avropa Çempionu oldu
- Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlanacaq