Taksi sürücüsü məhkəmə zalından həbs edildi


17:02     05 Oktyabr 2017 hebs%20ol6.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkarını bıçaqlayan taksi sürücüsü Elşən Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Hakim İradə Həsənzadənin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Nuriyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə sərbəst qalan E.Nuriyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, E.Nuriyev müştəri üstündə digər taksi sürücüsü ilə mübahisə edib. Əlbəyaxa davada isə onu bıçaqlayıb.(Qafqazinfo)

Açar sözlər:

Oxunub: 571