Məktəb radiosu yaradılıb


01:06     06 Oktyabr 2017 radio_051017__(1).jpg

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin radiosu fəaliyyətə başlayıb.


Femida.az xəbər verir ki, 147 FM adlanan radio lisey daxilində yayımlanır.

Radionun yaradılmasında əsas məqsəd şagirdlərin bacarıqlarını inkişaf etdirmək, dünyagörüşünü artırmaq, karyera qurmalarına kömək etmək, həmçinin, tədrisin keyfiyyətini yüksəltməkdən ibarətdir.

147 FM-in həftənin 5 günü saat 8:00-dan 8:30-dək, yəni dərs başlayanadək və tənəffüs vaxtı, saat 10:55-dən 11:05-dək yayımlanması nəzərdə tutulur.

Radioda liseyin elanları, müəllim və şagirdlərin müsahibələri, şeirlər, lətifələr, təbriklər səsləndirilir.

Yaxın gələcəkdə 147 FM-in internet səhifəsinin yaradılması planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 693