Şad xəbər: Dollar ucuzlaşdı


15:05     01 Sentyabr 2015 223524.jpg

Azərbaycanda dollar ucuzlaşıb, avro və rubl bahalaşıb

Bu gün avqustun 31-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər zəifləyib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% azalaraq 1,0479 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,002 manat və ya 0,17% artaraq 1,1809 manat olub.

Manata nəzərən Rusiya rublu 0,0001 manat və ya 0,01% bahalaşaraq 0,0162 manat olub.

Açar sözlər:

Oxunub: 1500