Alimlərə ev verilib


21:31     06 Oktyabr 2017 ev52.jpg

AMEA-nın 61 nəfər əməkdaşına verilmiş evlərin sənəd və açarları sahiblərinə təqdim olunub.


Femida.az xəbər verir ki, açarlar sahiblərinə Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunmuş toplantıda verilib. Tədbirdə Akademiyanın vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti Aparatının məsul əməkdaşları iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi işçilərin, elm nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün Həyata keçirilən bütün bu layihələrin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu deyib. A.Əlizadə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzillə təmin olunması məqsədilə evlərin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqların davam etdirildiyini vurğulayıb.

Sonra Akademiyanın sosial siyasətinin əsas prioritetləri üzrə həyata keçirilən tədbirlərdən söz açan AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Akademiyada reallaşdırılan bu layihələrin alimlərin stimullaşdırılması istiqamətində mühüm addımlardan olduğunu vurğulayıb. Qeyd edib ki, AMEA İşlər İdarəsi və AMEA Azad Həmkarlar İttifaqı tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının ərazisində yerləşən kottec və digər yaşayış sahələrində istirahət təşkil edilib. Bundan əlavə, Mərdəkan qəsəbəsində yerləşən “Elm” istirahət düşərgəsindəki kotteclərdən də əməkdaşların yayistirahəti üçün istifadə etməsi istiqamətində işlər aparılıb. Eyni zamanda AMEA-nın İşlər İdarəsinin nəzdində fəaliyyət göstərən “Xızı” KTİK-nin Xızırayonu Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahəsində istirahət guşəsi üçün lazımi şərait yaradılaraqəməkdaşlarımızın istifadəsinə verilib.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan, AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil sahəsi ayrılması nəzərdə tutulmuşdu.

Bu məsələyə hazırlıq məqsədilə AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 nömrəli sərəncamı ilə komissiya yaradılıb. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və qeydiyyatı olub yaşamayan vətəndaşlar müəyyənləşdirilib, yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1501