Ukrayna da qondarma seçkini tanımadı


21:48     04 May 2015 Flag_of_Ukraine.jpg

Ukrayna da qondarma seçkini tanımadı “Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən “ parlament seçkilər”inin hüquqi nəticəsi ola bilməz”.


Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir ki, rəsmi Kiyev mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir.

Bəyanatda bildirilib ki, rəsmi Kiyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycannın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.

Qeyd edək ki, Gürcüstanda Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri"ni tanımadığını bəyan edib.

Açar sözlər:

Oxunub: 501