Nişanlısının qətlə yetirən şəxs həbsdə qaldı


14:26     07 Oktyabr 2017 nis.JPG

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, N. Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayətində cəzasının azaldılmasını istəyib.

Bu ilin martında Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytardığı barədə xəbər göndərib. Bundan sonra N. Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədiyi üçün N. Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ. Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə iki bıçaq zərbəsi alıb. İ. Ağayeva hadisə yerində ölüb, R. Ağayeva isə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.

Femida.az

Açar sözlər:

Oxunub: 785