Qız-oğlan nisbəti niyə pozulur? - Səlim Müslümov açıqladı


17:03     07 Oktyabr 2017 selim%20m.jpg

"Dünyada qız-oğlan nisbətinin pozulması heç də dini faktorla bağlı deyil".


Femida.az xəbər verir ki, bunu Bakıda keçirilən "Atalar və qızlar" adlı foto-sərgidə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, bu halın ən çox müşahidə olunduğu ölkə Çindir:

"Bu gün bu halın müşahidə edildiyi ölkələrin ilk səkkizliyinə baxsaq 8 ölkənin üçü Qafqaz ölkələridir: Azərbaycan, Gürcüstan və Ermənistan. Digər 5-i isə Çin, Tayvan, Hindistan, Pakistan və Vyetnamdır. Araşdırma nəticəsində gördük ki, qonşu İran və Türkiyədə bu nisbət pozulmayıb. Deməli, burda bir Qafqaz mentalitetinin rolu var. Bu rol ortaya çıxarılmalı və onun təsirinin neytrallaşması üçün tədbirlər görülməlidir".

Femida.az

Açar sözlər:

Oxunub: 1200


Oxşar xəbərlər