`Mal bazarı`nda dava - Yaralanan var


18:25     07 Oktyabr 2017 dava.jpg

Ağdaş rayonundakı "Mal bazarı"nda kütləvi dava olub.


Ağdaş və Tərtər sakinləri arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə yüngül və ağır xəsarət alanlar olub.

Başından ağır zərbə alaraq yaralanan Ağdaş rayonu, Mürsəl kənd sakini 1976-cı il təvəllüdlü Həmidov Bəhruz Əhmədiyyə oğlu təcili xəstəxanaya çatdırılıb. Onun başına tikiş qoyulub. Yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Açar sözlər:

Oxunub: 848