Azərbaycanda məktəb direktorları yol qəzasına düşdülər
22:08 07 Oktyabr 2017
Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu "VAZ 2106" markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1954-cü il təvəllüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qəzada xəsarət alanlar - İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.
Femida.az
Oxunub: 795
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO