7 yaşlı uşağa qaraciyər köçürüldü


22:24     08 Oktyabr 2017 emeliyyat11.jpg

Bu il başlayandan indiyədək 60 böyrək, 8 qaraciyər köçürülməsi əməliyyatı icra edilib.


Femida.az bildirir ki, bu barədə modern.az-a Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının "Cərrahiyyə və orqan transplantasiyası" bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

O qeyd edib ki, oqran transplantasiyası edilən ən kiçik xəstə 7, ən böyük xəstə isə 60 yaşında olub.

Şöbə müdiri bu il icra olunan əməliyyatlarda ölüm halının qeydə alınmadığını deyib.
Qeyd edək ki, xəstəxanada böyrək köçürmə əməliyyatı 12 min, qaraciyər köçürməsi isə 45 min manatdır.
Xatırladaq ki, 2015-ci ilin anoloji dövründə Mərkəzi Neftçilər Xəstəxanasında 76 böyrək, 14 qaraciyər köçürülməsi həyata keçirilib. 2016-cı ildə isə 18 qaraciyər, 38 böyrək köçürülüb.

Ümumulikdə Azərbaycanda bu günə qədər 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1124