Berdiməhəmmədov ikinci dəfə qəhrəman oldu


17:50     10 Oktyabr 2017 Qurbanqulu%20Berdiməhəmmədov%20azvision.jpg

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova ikinci dəfə ölkə qəhrəmanı adı verilib.


Femida.az xəbər verir ki, bu barədə ölkə parlamentinin deputatları qərar qəbul edib.

Qeyd olunub ki, dövlət başçısına bu ad “beynəlxalq arenada müstəqil bitərəf vətəninin nüfuzunu daha da artırmaqda görkəmli xidmətlərinə və misilsiz fəaliyyətinə” görə mükafatlandırılıb. Yüksək fəxri ad Berdiməhəmmədova ikinci dəfə təqdim edilir.

Bu adı təkrar qazananlar tunc büstünün qoyulması hüququ əldə edirlər. Eyni zamanda birdəfəlik 100 min dollar pul, həmçinin məvacibə, vəzifə maaşına, pensiyaya, tələbə təqaüdünə aylıq 100 faizlik əlavə vəsait verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 754