“Zorla sevgi olmaz” - Sergey Lavrov


21:00     01 Sentyabr 2015 7cde87cc3701c9e351b8ab6a711c3c29.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun tələbələri qarşısında çıxışı zamanı maraqlı açıqlama verib.


Femida.az xəbər verir ki, nazir Rusiyanın ABŞ-la bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olduğunu deyib. O bildirib ki, bu dialoq ümumi şərtlər əsasında qurulmalıdır.

“Bu dialoq bir-birinin bərabərhüquqlu mövqeyinə qarşılıqlı hörmətə, bir-birinin maraqlarına qarşılıqlı diqqət və bu maraqların nəzərə alınmasına əsaslanmalıdır. Son 4-5 ildə yaradılmış mexanizmlər, o cümlədən Rusiya və ABŞ prezidentləri arasında komissiyanın fəaliyyəti dondurulub. Bütün bunlar bizim amerikalı tərəfdaşlarımız tərəfindən dondurulub. Onlar bizi cəzalandırmaq qərarına gəliblər. Ancaq necə deyərlər, zorla sevgi olmaz”.

Açar sözlər:

Oxunub: 3146


Oxşar xəbərlər