SOCAR neft ixracını artırıb


00:14     02 Sentyabr 2015 socar9.jpg

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin avqust ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 913 ton xam neft ixrac edib. Femida.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ay limandan ixrac olunan xam neftin həcmi 2014-cü ilin müvafiq ayından 0,2% artıq olub.


Ümumilikdə, yanvar-avqust ayları ərzində isə Novorossiysk limanından 930 671 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 8 ayına nisbətən 37% artıqdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Qara dəniz limanına Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərinin ümumi uzunluğu 1 330 km-dir və kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Açar sözlər:

Oxunub: 988