Türkmənistan prezidenti Putinə it hədiyyə etdi - VİDEO


17:46     11 Oktyabr 2017 putin%20(1).jpg

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya prezidenti Vladimir Putinə it hədiyyə edib.


Femida.az xəbər verir ki, Rusiya və Türkmənistan prezidentlərinin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

Berdıməhəmmədov doğum günü münasibəti ilə Putinə Orta Asiyada məşhur “Alabay” cinsindən olan it hədiyyə edib.

Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib.


Açar sözlər:

Oxunub: 4229