Məktəblilər qəzaya düşdü: Yaralananlar var


20:40     11 Oktyabr 2017 1359952125_qeza-avariya-mainyeni.jpg

Lənkəranda məktəb şagirdləri qəza törədib.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.

Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək, yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 778