Kəsdiyi ağacın altında qaldı
15:39 12 Oktyabr 2017
Qəbələ rayon sakini ağır bədən xəsarətləri alıb.
Femida.az-ın xəbərinə görə, hadisə rayonun Mıxlıqovaq kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Eyvazov Səbuhi Rüstəm oğlu odun üçün irigövdəli ağacı kəsən zaman ehtiyatsızlıq edib, ağac onun başına düşüb. Ağır bədən xəsarətləri alan Səbuhi Eyvazov əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra onun vəziyyəti ağırlaşdığı üçün təcili olaraq müalicə üçün Bakıdakı xəstəxanalardan birinə aparılıb, cərrahiyyə əməliyyatı olunub. Hazırda vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 704
Oxşar xəbərlər
- Kəsdiyi ağacın altında qalıb öldü - Bələdiyyə sədri idi
- Kəsdiyi ağacın altında qalaraq ölüb
- Kəsdiyi ağacın altında qaldı - GÖYÇAYDA DƏHŞƏTLİ ÖLÜM
- Kəsdiyi ağacın altında qalıb öldü
- Kəsdiyi ağacdan yıxıldı
- Kəsdiyi ağacın altında qalıb öldü
- Kəsdiyi ağacın altında qalaraq öldü - Qubada faciə
- Kəsdiyi ağac atasının həyatına son qoydu - Göyçayda faciə