SOCAR Maltaya ötürəcəyi qazın həcmini açıqladı
16:01 12 Oktyabr 2017
SOCAR-ın strateji inkişaf prioritetləri arasında xarici bazarlarda fəaliyyətinin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur.
Femida.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, SOCAR dünya bazarlarına inamla daxil olan müasir rəqabətədavamlı, şaquli inteqrasiya olunmuş şirkət kimi mövqeyini gücləndirməkdədir: "Gürcüstanda Kulevi terminalı, "SOCAR Energy Georgia", Türkiyə, Ukrayna, Rumıniyada şirkətlərimiz fəaliyyət göstərir. "SOCAR Trading" şirkəti Avropada özünü tanıdaraq Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Malta, Şərqi və Qərbi Avropa, Şimalı və Qərbi Afrika və Aralıq dənizi hövzələrindəki bazarlarda öz mövqelərini möhkəmləndirib. "SOCAR Trading" beynəlxalq şirkətlərdən ibarət konsorsiumun tərkib hissəsi olaraq Malta dövlətinin enerji ehtiyatlarının təmin edilməsi, elektrik stansiyasının inşası və qazlaşdırılması üzrə tenderin qalibi olub. Layihə çərçivəsində 2018-ci ildən etibarən hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazın Maltaya çatdırılması nəzərdə tutulub".
Femida.az
Oxunub: 772
Oxşar xəbərlər
- SOCAR 6,8 mln. ton neft hasil edib
- SOCAR Avstriyada iki şirkət alıb
- SOCAR-da çalışan əlillərin sayı açıqlanıb
- SOCAR-la `Özbəkneftqaz` əməkdaşlığı genişləndirir
- SOCAR bazara mühərrik yağları çıxarır
- SOCAR büdcəyə 1,3 milyard ödəyib
- SOCAR-ın yeni baş ofisi neçəyə başa gəlib?
- SOCAR-ın avtobusu piyadanı vuraraq öldürdü
- SOCAR-ın iki müəssisəsi birləşdi
- SOCAR-ın 4400 nəfər işçisi ötən il işdən çıxıb