Əfsanəvi futbolçu ölkə prezidenti seçildi


17:07     12 Oktyabr 2017 vea.jpg

Əfsanəvi futbolçu Corc Vea ölkəsinin başçısı seçilib.


Femida.az xarici mətbuata xəbər verir ki, “Milan”ın sabiq hücumçusu Liberiyada prezident seçkilərində qalıb gəlib.

O, seçki prosesində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb.

1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində “Milan”la yanaşı, “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” və “Marsel” klublarının da formasını geyinib.

Qeyd edək ki, Corc Vea 1995-ci ildə “Qızıl top” mükafatını qazanıb.

Açar sözlər:

Oxunub: 2887