Sumqayıtda sökülən şəhid plakatlarına rəsmi münasibət - FOTO


19:55     12 Oktyabr 2017 22384094_222998008235129_7652935747071920998_o3.jpg

Bir neçə gün öncə aprel döyüşləri zamanı şəhid olmuş Əbdülməcid Axundovun, Şülan Bayramovun, Seymur Baxışovun, Rəşid Baxşəliyevin və digərlərinin şəkilləri olan plakatlar yaşadıqları evin qarşısında asılmışdı.


Bu addım ictimaiyyət tərəfindən müsbət qarşılansa da,dünən gecə həmin plakatlar naməlum şəxslər tərəfindən ərazidən götürülüb.

Şəhid ailələri plakatları sökülüb kənara atılmış vəziyyətdə görüblər.


“ Bu hadisə mənə oğlumun şəhid olduğu haqda xəbəri alarkən keçirdiyim hissləri təkrar yaşatdı. Bu plakatları sökənlər yaşadığımız sevinc hissini yox etdilər”, deyə şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova bildirib.


Femida.az Sumqayıt Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı münasibət öyrənməyə çalışıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev bildirib ki, şəhid adlarının əbədiləşdirilməsi qanunla müəyyən olunmuş qaydadad həyata keçirilir.

“Şəhid adlarının əbədiləşdirilməsi müxtəlif formalarda ola bilər. Bu da qanunla tənzimlənir. Sizin qeyd etdiyiniz plakatların yerləşdirilməsindən və sökülməsindən icra hakimiyyətinin xəbəri yoxdur”, deyə Eyvaz Qocayev açıqlamasında bildirib.





Mircəlal Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 5312