PKK terrorçuları Kərkükə daxil oldu

19:42     12 Oktyabr 2017 140810213919_pkk_fighters_makhmur_624x351_reuters.jpg

İraqın Kərkük bölgəsində vəziyyət daha da gərginləşib.

İraq Türkmən Cəbhəsinin Kərkük üzrə nümayəndəsi Mehmet Seman Ağaoğlu, son iki gündə 700 PKK terrorçusunun şəhərə girdiyini bildirib.

O, xüsusi təlim keçmiş terrorçuların Kərkükə toplandığını deyib.

Qeyd edək ki, hazırda şəhərin bir neçə giriş və çıxış nöqtələri tank və ağır silahlara sahib peşmərgələrin nəzarətindədir. Kərkükün Bağdad istiqamətindən girişi isə İraq ordusu və “Həşdi-Şabi” türkmən qüvvələrinin əlindədir.

Açar sözlər:

Oxunub: 594