48 yaşlı yeni nazir kimdir? - DOSYE
23:55 12 Oktyabr 2017
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Pərviz Şahbazovu energetika naziri təyin edib.
Femida.az -ın məlumatına görə, Pərviz Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Pərviz Şahbazov Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur.
Oxunub: 12359
Oxşar xəbərlər
- 48 yaşlı qadını it dişləyib
- 4800-dən çox sahibkara lisenziya verilib
- 48 yaşlı kişi intihar edib
- 48 nəfər tutularaq istintaqa cəlb olunub
- 48 yaşlı qadını `tok` vuraraq öldürdü
- 48 yaşlı qadın özünü asıb
- 48 yaşlı kişi su kanalında boğuldu
- 48 yaşlı kişi alkoqoldan ölüb - Bakıda
- 48 İŞİD-çi arasındakı azərbaycanlı qız kimdir? - FOTO
- 4827 nəfər kolleclərdən azad edilib