Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək


00:43     13 Oktyabr 2017 metsamor.jpg

Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək.


Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bununla bağlı Rusiya “Rosatom”unun TVEL yanacaq şirkəti Ermənistanla müqavilə imzalayıb.
Məlumata görə, TVEL Metsamor AES-i 100 faiz yanacaqla təmin edəcək.
Qeyd edək ki, Metsamor AES 1980-ci ildə istifadəyə verilib. Ermənistanda istifadə olunan elektrik enerjisinin orta hesabla 45 faizini stansiyanın ikinci bloku istehsal edir. Birinci blok isə hazırda dayandırılıb.
Azərbaycan, İran və Türkiyənin rəsmi dövlət qurumları AES-in fəaiyyətinin qonşu dövlətlərin ekoloji vəziyyətinə ziyan vurduğu haqqında səlahiyyətli beynəlxalq təşkilatlar qarşısında onun istismarının birdəfəlik dayandırılmasına dair dəfələrlə məsələ qaldırıblar.

Açar sözlər:

Oxunub: 930