İsmayıllıda zəncirvari avtoqəza olub, yaralılar var
00:59 13 Oktyabr 2017
İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu 90-KB-263 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobili qarşıdan gələn 99-FL-865 dövlət nömrə nişanlı “Mercedes” və 90-EE-048 dövlət nömrə nişanlı “VAZ 014” markalı minik avtomobillərinə çırpıb.
Hadisə nəticəsində Asim Əlislamlı və “VAZ 014” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
Oxunub: 673
Oxşar xəbərlər
- İsmayıllıda ağır qəza: polis zabiti yaralandı
- İsmayıllıda 4 bal gücündə zəlzələ olub
- İsmayıllıda sahibkarlar üçün treninq keçirilib
- İsmayıllıda anbar yanıb
- İsmayıllıda yanğın - 10 min quş tələf oldu
- İsmayıllıda dəhşətli qəza: 7 nəfər öldü
- İsmayıllıda yanğın olub
- İsmayıllıda dağlıq ərazidə yanğın başlayıb
- İsmayıllıda 2 otaqlı ev yanıb
- İsmayıllıda məhv edilən terrorçu kimdir? - YENİ FAKTLAR