Əhalinin banklarda 7 milyarda yaxın əmanəti var


21:41     13 Oktyabr 2017 Bank%20birlesme.jpg

2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib.



Femida.az -ın məlumatına görə, əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.

Açar sözlər:

Oxunub: 674