Gəncədə ana 3 yaşlı oğlu ilə birlikdə itib - Foto
21:50 13 Oktyabr 2017
Bu il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və qayıtmayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə 022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxunub: 783
Oxşar xəbərlər
- Gəncədə 825 partlayıcı oyuncaq aşkarlandı
- Gəncədə evdə partlayış: 14 yaşlı oğlan yaralandı
- Gəncədə məktəbli bıçaqlanıb
- Gəncədən Moskvaya uçuşların saytı artıtıla bilər
- Gəncədə kişi arvadını döyüb
- Gəncədə qan töküldü - ÖLƏN VAR
- Gəncədə avtomobil piyadanı vurub
- Gəncədə 40 min ağac əkiləcək
- Gəncədə ana doğuş zamanı ölüb
- Gəncədə iki piyada keçidi açılıb