Avtobuslarda cibgirlik edən şəxslər tutulub


19:06     14 Oktyabr 2017 1399714276_cenubnews-hebs-yeni.jpg

Bakıda cibgirlik edən şəxslər tutulub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, oktyabrın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində avtobusdan düşən bir nəfərin qaçıb oradan uzaqlaşmağa çalışması, digərinin isə onu təqib etməsi həmin ərazidə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşlarının diqqətini çəkib və dərhal görülən tədbirlərlə onlar saxlanılıblar.

Məlum olub ki, qaçan şəxs xətt avtobusunda digərinin cibindən pul çıxarıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilən həmin şəxslərin Bakı şəhər sakini Feyruz Əbdülbaqiyev və Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Akif Ağaxanov olmaları müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Ağaxanovun F.Əbdülbaqiyevin cibindən 20 manat oğurlayıb.
A.Ağaxanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə oktyabrın 10-da eyni üsulla Bakı şəhər sakini olan bir qadının içərisində 100 manat və sənəd olan pulqabısını oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 718