Google loqotipini dəyişdirdi (VİDEO + FOTO)


15:10     02 Sentyabr 2015 366504.jpg

Bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl rənglərdən istifadə edib.


Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan Quql (Google) öz loqotipinə dəyişikliklər edib.

Femida.az-ın məlumatına görə, "Google"un təqdim etdiyi yeni loqotipdə şriftlərin forması və rənglər əvvəlkindən biraz fərqlidir.

Əvvəlki dizaynda sans-şrift yazı formasından istifadə edilirdi. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etməyə başlayıb. Amma bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb. Bundan başqa şirkət mobil proqramlar üçün yeni loqotipi təqdim edib.

Köhnə loqo fərdi kompüterlər üçün nəzərdə tutulurdu. Şirkətdən bildirilir ki, yeni loqotip bir neçə qurğuda iş üçün xüsusi olaraq yaradılıb. İstifadəçilər "Google"un bütün funksiyalarında bu dəyişiklikdən istifadə edə biləcəklər.

Yeni loqonun yumşaq tonlu variantı

"Google" loqosuna artıq beşinci dəfədir ki, dəyişiklik edir. Axtarış sistemi 1998-ci ildə yaradılıb. Hal-hazırda o axtarış sistemləri arasında ən məşhuru və çox istifadə edilənidir.

Açar sözlər:

Oxunub: 1148


Oxşar xəbərlər