Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşüb
14:12 17 Oktyabr 2017
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-ci ildə BANM-ə qəbul olunmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.
BANM-dən Femida.az-a bildirilib ki, rektor BANM-ə qəbul olmuş prezident təqaüdçülərinin ötən illərə nisbətən iki dəfə çox olduğunu vurğulayıb.
Elmar Qasımov Prezident təqaüdçülərinin Ali məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasına böyük bir investisiya olacağını vurğulayıb.
Qeyd edək ki, 2017-ci il 1-ci qrup üzrə 25 prezident təqaüdçüsündən 24-ü BANM-i seçib və bu göstəriciyə əsasən, BANM respublika üzrə birincidir. Prezident təqaüdçüləri arasında 7 nəfər 700 balla qəbul olmuş tələbədir. Təqaüdçülərin ixtisas seçimində verdiyi üstünlük isə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi olub. Bu ixtisas respublikada “İlin ixtisası” olub.
Femida.az
Oxunub: 763
Oxşar xəbərlər
- Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu görüşdü
- Elmar Vəliyev səfirlə görüşdü
- Elmar Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
- Elmar Məmmədyarov BMT-nin Afrika üzrə rəsmisi ilə görüşüb
- Elmar Məmmədyarov Efiopiyaya gedib
- Elmar Məmmədyarov İsveçdədir
- Elmar Məmmədyarov Myanma qətliamını pislədi
- Elmar Məmmədyarov Budapeştə gedir
- Elmar Məmmədyarov Sudanlı həmkarına məktub göndərib
- Elmar Məmmədyarov BMT-nin mövqeyini təqdir etdi