Gürcüstan səfirliyi :“Xəbərlər yolverilməzdir“


00:22     05 May 2015 666666666666.png

Osetiya mətbuatında yayımlanmış Ermənistan parlamentinin spikerinin Sxinvali marionet rejiminin nümayəndəsilə görüşməsi xəbəri təsdiqlənəcəyi təqdirdə Gürcüstan tərəfi buna sərt reaksiya verəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi David Kereselidze keçirdiyi brifinqdə deyib.

“Bu məlumatı Osetiya tərəfi yayıb. Başqa mənbə aşkar etməmişik. Məlumat təsdiq olunmayıb. Bu barədə bizim səfirlik məlumatlıdır. Bunun həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirməyə çalışırıq”, - Kereselidze bildirib.

O bildirib ki, məlumat təsdiqlənəcəyi təqdirdə Gürcüstan tərəfi sərt reaksiya verəcək.

Reaksiyanın formasına gəlincə, Kereselidze bunun nota, etiraz, müraciət, demarş, məsləhətləşmə və ya səfirlə görüş şəklində həyata keçiriləcəyini deyib.

Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Kaxa Abdeladze Femida.az -a açıqlamasında bildirib ki, bu xəbər yolverilməzdir. Gürcüstanın hansısa rəsmi mətbu orqanında belə informasiya yer almayıb. Ciddi hadisə və ya görüş baş tutsaydı, xəbərimiz olardı.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 826