İcra Hakimiyyəti 83 yaşlı qadına qalib gəldi - Ali Məhkəmədə


18:08     18 Oktyabr 2017 zibeyde13.jpg

Bu gün Ali Məhkəmədə Zibeydə Qəmbərovanın Yasamal rayon İcra Hakimiyyətinə qarşı “Sovetski”də sökülmüş evinə görə kompensassiya tələbi ilə bağlı kassasiya şikayətinə baxılıb.


Bu barədə Femida.az -a məlumatı Zibeydə Qəmbərovanın dövlət hesabına təyin edilmiş vəkili Zaur İbadov məlumat verib. Onun sözlərinə görə, hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, Zibeydə Qəmbərova Azərbaycanın tanınmış geoloqlarından olub. 2015-ci ildə “Sovetski” də söküntülər aparılan zaman onun 200 kvadrat metr həyətimdən cəmi 40 kvadrat metrinin pulu ödənilib.Bu səbəbdən də 83 yaşlı qadın məhkəməyə müraciət edib.











Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 12424