“Qarabağ” azarkeşləri üçün şad xəbər
20:04 18 Oktyabr 2017
Xəbər verdiyimiz kimi, "Qarabağ"ımız bu gün Çempionlar Liqasının qrup mərhələsinin III turunda saat 20:00-da Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edəcək.
Femida.az klubun saytına istinadən xəbər verir ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərimizin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klubumuz Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparmış və matçdan sonra azarkeşlərimiz üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlib.
Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında 20 Yanvar metrostansiyası, 28 May metrostansiyası və Qara Qarayev metrostansiyasına ödənişsiz olaraq azarkeşlərimiz üçün xüsusi avtobuslar ayrılıb.
Azarkeşlərimizin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur.
Femida.az
Oxunub: 1437
Oxşar xəbərlər
- “Qarabağ” cərimələndi - 800 manat
- “Qarabağ” növbəti qələbəsini qazandı
- “Qarabağ”ın oyunlarının vaxtı dəyişdirildi
- “Qarabağ”ın oyununa 67500 bilet satılıb
- “Qarabağ” – “Çelsi” oyununa 45 min bilet satılıb
- “Qarabağ”dan daha bir qələbə
- “Qarabağ”dan tarixi xal
- “Qarabağ”- “Atletiko” oyununa 20 min bilet satılıb
- “Qarabağ”ın oyununa gedənlər mütləq oxusun
- “Qarabağ” Sumqayıtda oynamaq istəmədi