Ombudsman Vladimir Şkolnikovla görüşdü


20:43     20 Oktyabr 2017 dsc03598.JPG

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov iştirak edib.

Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirib. V. Şkolnikov isə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Açar sözlər:

Oxunub: 593