“YouTube“ pullu olacaq


23:49     02 Sentyabr 2015 YouTube-1.jpeg

"YouTube" nəhəng videohostinqi 2015-ci ilin sonunadək ödənişli abunə tətbiq etməyə hazırlaşır.


Femida.az xəbər verir ki, bu barədə "The Verge" internet qəzeti məlumat yayıb.

Məlumata əsasən, xidmət öz çarxlarını ilk növbədə yalnız ödənişli abunəliyi olan istifadəçilər üçün əlçatan edəcək top kontent yaradıcılarına yönəldəcək.

Bundan başqa, belə kontent yaradıcıları "YouTube"yə abunəçilərdən daxil olacaq vəsaitdən faiz ala biləcəklər. Bu obrazla müəlliflər reklamdan yox, birbaşa izləyicilərdən qazana biləcəklər.

Ödəniş edən istifadəçilər həm reklamsız videoya baxmaqdan faydalana biləcəklər, həm də çarxlara internetə qoşulmadan baxa, eləcə də pulsuz abunəlik üçün bağlı olan kontentə girişə malik olacaqlar.

Qəzet xatırladır ki, "YouTube" bundan əvvəl ödənişli musiqi xidməti olan "Music Key"in beta variantını işə salıb.

Qeyd edək ki, hazırda "YouTube" istifadəçilərinin sayı 1 milyarddan çoxdur.

Açar sözlər:

Oxunub: 1230


Oxşar xəbərlər