Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib


20:58     21 Oktyabr 2017 e44c2235f53f4b1a2fa41300fe08de05_1508591582.jpg

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, danışıqlar zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 813