Müdafiə Nazirliyi məlumat yaydı: 18 erməni öldürülüb
23:00 02 Sentyabr 2015
"Müdafiə Nazirliyi cəbhə zonasında baş verən hadisələrlə bağlı təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbəri mütəmadi açıqlayır"
"Bəzi yerli elektron KİV-lər Silahlı Qüvvələrimizin itkilər verməsi barədə mənbəyi bəlli olmayan, qeyri-dəqiq, şayiə səviyyəsində olan məlumatlar yayırlar".
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, Ermənistanın maraqlarına xidmət edən bu kimi xəbərlər təmas xəttində qarşıdurma zamanı erməni hərbi bölmələrinin ciddi itkilər verdiyi zamanda ortaya atılmaqla, Azərbaycanın hərbi uğurlarına kölgə salmaq məqsədi daşıyır: "Məlumatımıza görə, yalnız avqust ayı ərzində düşmən 18 hərbi qulluqçusunu itirib və 50-yə yaxın yaralısı var. Rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır. Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır. Eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir”.(APA)
Oxunub: 1577
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi ilə Dini Komitə plan hazırlayır
- Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə plan hazırladı
- Müdafiə Nazirliyi məlumat yaydı
- Müdafiə naziri hərbi tibb müəssisələrində olub - FOTOLAR
- Müdafiə Nazirliyindən Milli Məclisdəki tənqidlərə CAVAB
- Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı — Açıqlama
- Müdafiə Nazirliyi Milli Qəhrəmanı andı
- Müdafiə nazirlərinin görüşü başladı
- Müdafiə naziri hərbi texnikalara baxıb
- Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb