Ağdam sakini silah-sursatla yaxalandı


17:46     23 Oktyabr 2017 silah%20s3.jpg

Ağdamda silahlı şəxs yaxalanıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Dəyanət Əhmədovun paytaxtın Sabunçu rayonu Ləhiş bağlar sahəsində yaşadığı evə baxış zamanı oradan 1 ədəd "Makarov" markalı tapança, 14 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 710