Gəncədə avtomobil oğurları tutuldu


04:29     03 Sentyabr 2015 5636a235b2de3ceb7938ec7ee90e32be.jpg

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobil oğurluğu ilə məşğul olan cinayətkar qrup həbs olunub.


Femida.az xəbər verir ki, Gəncə şəhər sakini Xəyal Məmmədov polisə müraciət edərək ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırıldığını bildirib. Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Gəncə şəhər sakinləri Kərim Məmmədov və Orxan Rzayev şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 821