Ermənistanın 3 hərbi qulluqçusu fərarilik edib
00:38 24 Oktyabr 2017
İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib.
Femida.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, gənclər işğalçı orduda mövcud problemlər üzündən yaranan dözülməz vəziyyətdən ancaq qaçmaqla canlarını qurtarmaq mümkün olduğunu deyirlər.
Bu günlərdə məlum olub ki, düşmən ordusunun daha 3 hərbi qulluqçusu Samvel Hovanesyan, Narek Alaverdyan və Aşot Qukasyan hərbi xidmət yerindən qaçdıqlarına görə barələrində axtarış elan edilib və cinayət işi açılıb. İstintaq və axtarış tədbirləri həyata keçirilir.
Xatırladaq ki, bir neçə gün bundan qabaq daha iki erməni zabitin hərbi hissədən qaçaraq xarici ölkəyə getməsi barədə mətbuatda məlumat yayılmışdı.
Femida.az
Oxunub: 991
Oxşar xəbərlər
- Ermənistanın 2 hərbi qulluqçusu döyüş postunda yaralandı
- Ermənistanın baş naziri İrana gedir
- Ermənistanın dövlət borcu rekord həddə çatıb
- Ermənistanın əməlləri Xristian dininə ziddir - XİN
- Ermənistanın müdafiə naziri Çinə Rusiyanı şantaj etmək üçün gedib - VİDEO
- Ermənistanın baş sinoptiki Bakıya qarğış etdi
- Ermənistanın `beynəlxalq konfrans` oyununa ETİRAZ
- Ermənistanın iki hərbi obyekti dağıdıldı - VİDEO
- Ermənistanın işğalçı dövlət olduğu NATO çərçivəsində sübut edilib
- Ermənistanın gömrük rəisi həbs edildi