Komitə sədri görüş keçirəcək

Komitə sədri görüş keçirəcək


14:50     24 Oktyabr 2017 kerem%20h.png

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 oktyabr 2017-ci il tarixində Şirvan şəhərində vətəndaş qəbulu keçirəcək.


Femida.az xəbər verir ki, qəbul Gənclər Mərkəzində keçiriləcək. Qəbulda Şirvan şəhəri ilə yanaşı Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 566