“Bezdirici SMS-lər“: bezdirənlər və bezənlər - ARAŞDIRMA


22:26     03 Aprel 2015 sms1.jpg


Azərbaycanda “Telekommunikasiya haqda” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər hazırlanıb

Son illər Azərbaycan əhalisinin, xüsusilə də mobil telefon
istifadəçilərinin leksikonuna "bezdirici SMS" ifadəsi daxil olub.
Həmin o SMS-lər ki, yerli-yersiz abunəçinin telefonuna gəlir... və əksər
hallarda onun narahatlığının pozulmasına səbəb olur. Əlbəttə, bəzi SMS-lərdə
faydalı məlumat tapmaq olar. Bu da  hər-hansı bir şirkət tərəfindən
keçirilən kampaniyalar barədə məlumat olur. Lakin reallıq ondan ibarətdir ki,
göndərilən SMS-lərin mütləq əksəriyyəti abunəçiləri həqiqətən də bezdirir.

 

Femida.az-ın məlumatına
görə, bununla bağlı apardığı araşdırma maraqlı faktlar üzə çıxarıb.

 

Azərbaycanda hər kəsin azı
1 telefonu var və potensial olaraq sözügedən SMS-lər hər kəsə tanışdı. SMS-lərə
göstərilən reaksiyalar barədə yazmaq da artıq olar. Maraqlıdır ki,
"bezdirici SMS"-lər heç bir zaman məhdudiyyəti qoyulmadan göndərilir.
Məsələn, bəzi hallarda hər hansı bir reklam xarakterli SMS-i gecə saatlarında
belə abunəçinin telefonuna gələ bilər.

 

Vəziyyət o həddə çatıb ki,
artıq millət vəkilləri də Milli Məclisin
tribunasından dəfələrlə mobil operatorlara irad tutub. Çünki söhbət
istehlakçının hüququndan gedir. Daha doğrusu dəfələrlə və kobud şəkildə pozulan
hüququndan.

 

Məhz bu səbəbdən artıq
istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumunun rəhbəri
də dilə gəlib. İqtisadiyyat və Sənaye
Nazirliyi
 yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki,
istehlakçının icazəsi olmadan ona reklam SMS-ləri göndərən şirkətlərlə bağlı
müvafiq tədbirlər görüləcək.

 

Z. İsayevin sözlərinə görə,
abunəçilərə göndərilən SMS-lər üç qrupa aiddir: “Birincisi, istehlakçının
tanıdığı tərəfdən gələn SMS-dir. İkincisi, istehlakçılar müxtəlif obyektlərdə
alış-veriş edərkən öz mobil nömrələri barədə məlumatları saxlayırlar. Həmin
obyektlərdə mövcud olan nömrələrdən gələn SMS-lərdir ki, bunun da
dayandırılmasının qarşısını ala bilmirlər. Üçüncüsü, istehlakçıya xəbərdarlıq
edilmədən göndərilən SMS-lərdir”.

 

Dövlət Xidmətinin rəisi onu
da əlavə edib ki, hazırda bu tip SMS-lərin qarşısının alınması məqsədi ilə qanunvericilikdə
müvafiq dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb: “Yaxın vaxtlarda
bu tip SMS-lərin qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görüləcək”.

 

 

Azərbaycan İnternet
Forumunun (AİF) prezidenti, “Multimedia” İnformasiya Sistemləri və
Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məsələ ilə bağlı bildirib ki,
ümumiyyətlə bu prosesdə 3 subyekt iştirak edir: mobil operator, kontent
operator və müştəri.

 

“Mobil operatorlar kontent
operatorlar ilə elə müqavilə bağlaya bilərlər ki, onlar istifadəçilərə
maraqlarına uyğun olmayan, abunəçilərin hüquqlarını tapdalayan mesajlar
göndərməsinlər. Burada məsuliyyət daha çox mobil operatorların üzərinə düşür”,
- deyə O. Gündüz bildirib.

 

O. Gündüz əlavə edib ki,
kontent operatorlar da özlərində elə imkan yaratmalıdırlar ki, vətəndaşlar
dərhal onlara müraciət edib hansısa SMS-in qarşısını ala bilsinlər.

 

AİF rəhbərinin sözlərinə
görə, elə bir mexanizm yaradılmalıdır ki, vətəndaş bu tipli SMS-lərdən imtina
edərkən ona göndərilən bütün xidmətlər bağlanılmasın: “Elə ola bilər ki,
insanlar bəzi SMS-ləri almaq istəyir, bəzilərini isə almaq istəmir. Mobil
operatorun kontent operator üzərində məsuliyyəti artırılmalıdır. Üstəlik
vətəndaş üçün imkanlar yaradılmaldır ki, hansınısa ala bildin, hansınısa ala
bilməsin”.

 

O. Gündüz problemin həll
olunmasında Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
nin də müsbət istiqamətdə rolunun böyük ola
biləcəyini vurğulayaraq bildirib ki, mobil operatorların əsas tənzimləyici
rıçaqları nazirliyin əlindədir: “Nazirlik mobil operatorlara lisenziyanı bəlli
şərtlərlə verir. Nazirliyin mobil operatorlara təsir etmək imkanları
yetərincədir. Gərək nazirlik prinsipiallıq göstərsin. Lisenziya şərtlərini
ortaya qoysun”.

 

Mobil operatorlar da
məsələyə münasibət bildirib. Azərbaycanın ilk mobil operatoru olan “Bakcell”
şirkəti bildirir ki, sözügedən problemlə bağlı qəti addımlar atmağa başlayıb.
Belə ki, şirkətin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova
deyib ki, tezliklə SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə
veriləcək: “Bu, yeni bir xidmətdir. Bu xidmət sayəsində abunəçi özü üçün yeni
bir “Ağ siyahı” formalaşdıracaq. Hansı xidmət obyektindən, mağazadan,
şirkətdən, bankdan və s. məlumat, SMS almaq istəyirsə həmin obyektlərin adını
daxil edəcək “ağ siyahı”ya və beləliklə də yalnız özünün arzuladığı reklam və
informasiya xarakterli SMS-ləri ala biləcək”.

 

S. Cəfərova əlavə edib ki,
əvvəlcə abunəçilərə “stock” sözü göndəriləcək və bununla da istifadəçilərə
gələn bütün SMS-lər dayandırılacaq. Daha sonra abunəçi xüsusi nömrəyə SMS
göndərməli olacaq. Abunəçiyə “qısa kod” (short code - red.) deyilən kod
veriləcək ki, abunəçi o kodla hansı xidmətləri istəyirsə onların adını “ağ
siyahı”ya daxil edəcək və ancaq həmin mənbələrdən SMS ala biləcək.

 

Qeyd edək ki, bu, tamamilə
abunəçinin istəyinə bağlıdır, beləliklə də abunəçi bu xidmətdən istifadə
etməklə ancaq istədiyi bu mənbədən SMS ala biləcək və bu abunəçiyə texniki
baxımdan heç bir məhdudiyyət və ya maneə yaratmayacaq.

 

“Azərfon” MMC-nin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Rəhimov isə bezdirici SMS-lərin
kontent operatorlar tərəfindən göndərildiyini bildirib və vurğulayıb ki, onlar
bu məlumatı müxtəlif abunə bazalarına malik olan mənbələrdən əldə edirlər
(məsələn, mağaza və ya müxtəlif alış-veriş şəbəkələri).

 

“Buna baxmayaraq, abunəçi
bezdirici SMS-lər almamaq üçün, 777 qısa nömrəsini yığaraq, “Nar” Müştəri
xidmətinə müraciət etməklə “Spam Off” funksiyasının aktivləşdirilməsini xahiş edə
bilər”, - deyə A. Rəhimov problemin həlli yolunu açıqlayıb.

 

Qeyd edək ki, A. Rəhimov
“Nar Mobile”ın öz abunə siyahısını üçüncü tərəflə paylaşmadığını və bu məlumatı
yalnız iş məqsədləri üçün istifadə etdiyini də bildirib.

 

“Azercell”in nümayəndəsi Günay
Məmmədli isə reklam xarakterli SMS-lərin tam olaraq müxtəlif, üçüncü şirkətlər
tərəfindən abunəçilərə göndərildiyini bildirib və əlavə edib ki, bu zaman
“Azercell” həmin şirkətlərə yalnız texniki - şəbəkə dəstəyi göstərmiş olur.

 

“Həmin SMS-lərlə bağlı
abunəçilərdən aldığımız hər-hansı irad və təkliflər isə birbaşa üçüncü şirkətin
nəzərinə çatdırılır”, - deyə G. Məmmədli bildirib.

 

Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi
nin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov abunəçilərdən
daxil olan şikayətlərin çoxluğunu nəzərə alaraq bir neçə dəfə bu məsələni
müvafiq operatorlar ilə müzakirə etdiyini bildirib.

 

Nazirlik rəsmisi bildirib
ki, narahatçılıq yaradan SMS-lər əsasən ticarət obyektlərində, əyləncə
məkanlarında olarkən abunəçilərin öz nömrələrini orada qeydiyyata salmasından
sonra göndərildiyini bildirir ki, bu da həmin ticarət obyektlərinin reklam
kampaniyasının bir hissədir.

 

Ə. Təmirov kontent operatorların
göndərilən SMS-lərin dayandırılması üçün isə abunəçilərin “stop” yazmaqla həmin
nömrələr göndərmələrini tövsiyə edib. Əgər həmin smslər dayanmasa abunəçilər
müştəri xidmətlərinə yaxınlaşaraq öz iradlarını bildirə bilər, ərizə yazmaqla
həmin SMS-lərin qarşısını ala bilərlər.

 

Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
 problemin həlli üçün qanuna müəyyən
dəyişikliklər layihəsini hazırlayıb, əgər təkliflər qəbul olunarsa bu məsələnin
köklü şəkildə həll olunacağı labüd olacaq.

 

“Nazirlik olaraq bu
məsələni köklü şəkildə həll etmək üçün telekommunikasiya haqqında qanuna
müəyyən dəyişikliklər layihəsini hazırlamışıq və hal-hazırda bu layihəyə
baxılır. Qanuna da belə müddəalar daxil olunacaq ki, mobil operatorlar öz
abunəçilərinin əvvəlcədən razılığını almadan onlara reklam xarakterli SMS-lərin
göndərilməsini təşkil etməsinlər. Bununla bağlı da qanuna dəyişikliklər
edilməsi gözlənilir. Həmin qanuna dəyişikliklər olunandan sonra operatorlarla
abunəçilər arasında bağlanan müqavilələrdə də bu, öz əksini tapacaq”.

 

Şöbə müdiri əlavə edib ki,
əgər abunəçi müqavilə imzaladıqda və nömrə aldıqda bu SMS-ləri sonradan qəbul
etməyə operatora razılıq versə, ona SMS-lər gələcək. Yox, əgər qəbul etməsə onu
bildirəcək operatora, o zaman operator onun nömrəsinə bu tipli SMS-ləri
göndərməyəcək.

 

Sonda əlavə edək ki, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
nin saytında yer alan məlumata görə, artıq
“Telekommunikasiya haqda” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər
hazırlayıb.

 

Təkliflərin hazırlanmasına
səbəb rabitə xidmətləri istehlakçılarının çoxsaylı şikayətləri olub.

 

Şikayətlərin əksəriyyəti
mobil rabitə operatorlarının SMS müsabiqələr və digər xidmətlər vasitəsi ilə
müştərilərin hesabından pulları silməsi, göstərilməyən xidmətlərin haqqının
tələb edilməsi, müqavilələrin müştərinin tələb etmə hüququnu minimuma
endirməsi, internet xidmətlərinin fasiləsiz yüksək səviyyədə təmin edilməməsi
ilə  bağlıdır.

 

Bundan başqa, İnternet
provayderləri və mobil rabitə operatorları təqdim etdikləri xidmət tariflərini
lazımi şəkildə və istənilən müştərinin başa düşəcəyi dildə tərtib edilmədiyi
istehlakçıların hüquqlarını pozur. Bununla bağlı, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
nə rabitə xidmətlərinə olan tariflərin tənzimlənməsi
ilə bağlı təkliflər hazırlamaq təklif edilib. (APA)

 































































































































Femida.az 

Açar sözlər:

Oxunub: 2346


Oxşar xəbərlər