Bütün küçələrdə “Wi-Fi” olacaq


14:55     03 Sentyabr 2015 wifi-zone1.jpg

Rusiya paytaxtında piyadalar üçün olan bütün küçələr və zonalar “Wi-Fi” ilə təchiz ediləcək. Femida.az xəbər verir ki, bu barədə Moskva İnformasiya Texnologiyaları Departamenti başçısının müavini Aleksandr Qorbatko məlumat verib.


O xatırladıb ki, artıq məktəblər, 140-dan çox yataqxana, paytaxt ali məktəblərinin tədris korpusları və 13 park simsiz internetlə təmin olunub. Moskvanın 21 açıq ərazisində “Wi-Fi” şəbəkəsinə 700-dən çox qoşulma nöqtəsi yaradılıb.

A.Qorbatko bildirib ki, Moskva hökuməti “City Wi-Fi” layihəsinin inkişafı çərçivəsində vahid avtorizasiya tətbiq edir.

Açar sözlər:

Oxunub: 1298