Oğurladığı 10 minlik qızılla tutuldu


20:26     26 Oktyabr 2017 tutuldu%201.jpg

Otyabrın 24-də Zaqatala rayon Aşağı Tala kənd sakinl Asif Hacıyevin evindən həyat yoldaşı Afət Hacıyevaya məxsus ümumi dəyəri on min manat dəyərində qızıl oğurlanıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxslər evdən 1 ədəd brilyant qaşlı nişan üzüyü,1 ədəd qızıl kişi üzüyü, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı klounla birlikdə, 1 ədəd qızıl qadın saatı qızıl sepi ilə birlikdə, 1 ədəd qızıl qırmızı qaşlı üzük, 1 ədəd 3 qaşlı brilyant üzüyünün oğurlayıblar.

Həmin cinayət hadisəsini törədən Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan 1996-cı il təvəllüdlü Elxan Canımov saxlanılıb.

O, kəndin digər sakinləri Firuzə Əliyeva məxsus min manat olan bir ədəd kişi qızıl üzüyünü, 2 ədəd qızıl qadın üzüyünü və Müzəffər Mustafayevin yaşadığı mənzildən min manatlıq 1 ədəd qızıl qolbağı oğurlayıb.

Qeyd edək ki,saxlanılan şəxs ələ keçməmək üçün qızıllları ayrı ayrı yerlərdə gizlədib və Balakən rayon Mazımçay sərhəd keçid məntəqəsini keçmək istəyərkən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 707