Almaniyanın Kliçko planı


15:39     05 May 2015 66666777.jpg


Almaniyanın Konrad Adenauer Fondu Ukraynada Viktor Yanukoviçin devrilməsi, müxalifət partiyalarının maliyyələşdirilməsi və “Qərb dəyərləri”nin yayılmasında aktiv iştirakını qəbul edir.


Femida.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Wirtschafts Nachrichten” nəşri yazıb.

Nəşrin yazdığına görə, fond keçmiş boksçu Vitali Kliçkonun rəhbəri olduğu “Udar” Partiyasını xüsusilə dəstəkləyir. Təsadüfi deyil ki, sabiq çempion yaxın vaxtlarda "Ukraynada sülhə və demokratiyaya göstərdiyi sədaqət”ə görə mükafata layiq görülüb. Məqalənin müəllifi bildirir ki, Konrad Adenauer Fondu dünyada ən nüfuzlu siyasi təşkilatlardan biridir. Fondun dünyanın 120-dən çox ölkəsində nümayəndəlikləri var. Fondun əsas məqsədi dünya ölkələrində “demokratik strukturların yaradılmasında mühüm rol oynayan siyasi, iqtisadi və sosial elitaların formalaşdırılması”dır. Bu halda belə təşkilatlar adətən “boz hüquqi zona”da hərəkət edir.

Konrad Adenauer Fondu əsasən Almaniyanın vergi ödəyicilərinin pulu hesabına maliyyələşdirilir. Almaniya parlamenti isə maliyyə vəsaitlərinin bu cür təşkilatlar arasında bölgüsü ilə məşğul olur. Yəni, bundestaqda təmsil olunan partiyalar onlarla bağlı olan fondların büdcəsini formalaşdırır. Konkret olaraq Konrad Adenauer Fondu Xristian-Demokrat İttifaqı (XDS) ilə əməkdaşlıq edir. Təşkilatın ehtiyacları üçün 2014-cü ildə 130 milyon avro ayrılıb. Bu vəsait “beynəlxalq əməkdaşlıq” sahəsində 70 layihənin maliyyələşdirilməsinə sərf olunub. Bunlardan biri də heç şübhəsiz ki, “Viktor Yanukoviçin devrilməsi”, yaxud da “Ukraynaya Qərb dəyərlərinin gətirilməsi” layihəsi idi.

“Deutsche Wirtschafts Nachrichten” yazır ki, bu vəsaitin əhəmiyyətli hissəsi Ukraynadakı siyasi fəaliyyətə xərclənib. Fond Ukraynada 1994-cü ildən işləyir və bu vaxt ərzində ölkədə 500-dən çox layihə həyata keçirib. Təşkilat “Udar” Partiyasının yaradılmasında yaxından iştirak edib. Partiyanın qarşısına qoyulan əsas vəzifə Ukraynanın Avropa Birliyinə inteqrasiyasını həyata keçirmək olub. Fond bir müddət sonra, Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmaya tərəfdar olan bütün partiyaları dəstəkləməyə başlayıb. Fondun “dostları” siyahısına Ukraynanın hazırkı baş naziri Arseniy Yasenyukun “Xalq Cəbhəsi” və Oleq Tyaqnikovun “Azadlıq” Partiyaları daxil edilib.

“Deutsche Wirtschafts Nachrichten” yazır ki, Konrad Adenauer Fondunun Ukraynadakı fəaliyyəti ultrasağlarla əməkdaşlığın ilk təcrübəsi deyil. Fonda daha əvvəl Türkiyədə “Boz canavarlar” adlanan millətçi təşkilatı, həmçinin Hondurasda hərbi çevrilişdə iştirak edən sağ mühafizəkarları dəstəkləyib. Konrad Adenauer Fondunun Ukrayna üzrə planı Yanukoviçin devirilməsi və Vitali Kliçkonun rəhbərliyə gətirilməsi idi. Planın birinci hissəsi müvəffəqiyyətlə həyata keçirilsə də, ölkədə “demokratikləşmə”yə 5 milyard dollar qayan ABŞ Arseniy Yasenyuku müvəqqəti rəhbərliyə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 630